BAKI, 8 aprel. TELEQRAF

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu aprel ayının axırına qədər uzadılıb.

Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlamanları İdarəsinnin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, artıq kvotanın 90%-dən çoxu dolub, 10%-dən az yer qalıb.

Qeyd edilib ki, bayramlarla əlaqədar xaricdə və bölgələrdə olan vətəndaşların müraciəti nəzərə alınmaqla vaxt uzadılıb.