BAKI, 8 aprel. TELEQRAF

Qərbin qeyri-konstruktiv mövqeyi ucbatından Yaxın Şərq və İranın nüvə proqramı ətrafında vəziyyət getdikcə pisləşir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Yaxın Şərq və İranın nüvə proqramı ətrafında vəziyyət uzun illərdir beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Təəssüf ki, vəziyyət sabitləşmir. Qərbin qeyri-konstruktiv mövqeyi ucbatından vəziyyət getdikcə pisləşir”, - diplomat bildirib.