TBİLİSİ, 8 aprel. TELEQRAF

“Ermənistan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməlidir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu politoloq Vaso Kapanadze Tbilisidə keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycandan olanların doğma yurda qayıtmaları bölgənin sülh şəraitində inkişafına töhfə verəcək.

“Ermənistan Qərbi Azərbaycana qayıdışa mane olmamalıdır. Bu, həm Ermənistanın imici, həm də bölgə üçün çox vacibdir”, - ekspert söyləyib.

Paneldə çıxış edən elm xadimi Davit Kuxaleişvili Azərbaycanın işğaldan azad olunan ərazilərində mina hadisələrinə diqqət çəkib. O, bu hadisələrin baş verməsinin böyük təəssüf hissi doğurduğunu vurğulayıb:

“Müharibə bitəndən sonra bu cür hadisələrin vaş verməsi terror aktına bərabər tutulmalıdır. Ümid edirik ki, Ermənistan doğru qərar verəcək və bölgədə dayanıqlı sülhün yaradılması mümkün olacaq”.