BAKI, 7 aprel. TELEQRAF

Böyük Britaniyanın böyük avtomobil istehsalçısı olan "Jaguar Land Rover" ABŞ-a avtomobil ixracını bir aylıq müddətə dayandırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, şirkət bu qərarı ABŞ Prezidenti Donald Trampın xarici avtomobil idxalına tətbiq etdiyi 25 faizlik tarifin mümkün təsirlərini qiymətləndirmək məqsədilə verdiyini bildirib.

Tramp administrasiyasının qəbul etdiyi yeni tarif siyasəti beynəlxalq bazarlarda qeyri-müəyyənliyə səbəb olub və avtomobil sənayesində ciddi narahatlıqlar yaradıb.