BAKI, 6 aprel. TELEQRAF

Almaniya Bundesveri sentyabrda “Rusiya hücumu” ssenarisini tətbiq etmək üçün kütləvi hərbi təlimlər keçirəcək.

Teleqraf "Bild" nəşrinə istinadən xəbər verir ki, Təlimlərə NATO ölkələrindən də əsgərlər cəlb olunacaq.

Ümumilikdə 800 min əsgərin Rusiyanın ehtimal olunan hücumuna hazırlaşacağı bildirilir.

Xəbərdə deyilir: “Sentyabrın 25-dən... (Hamburq) üç gün ərzində hərbi mərkəzə çevriləcək... Bundesver "Red Storm Bravo" (“Bravo Qırmızı Fırtınası") adlı genişmiqyaslı təlimlərə başlayır... Ssenari Rusiyanın Qərbə hücumu ilə bağlıdır”.