BAKI, 12 aprel. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

Görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.