BAKI, 12 aprel. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov İtaliyaya səfər edəcək.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, səfər oktyabrda baş tutacaq.

Onun Romada Margianaya həsr olunmuş sərgidə iştirakı gözlənilir.

Bu, S.Berdiməhəmmədovun prezident seçildikdən sonra ilk İtaliya səfəri olacaq.

Səfərin tam proqramı açıqlanmasa da, dövlət başçısının İtaliya rəsmiləri ilə də görüşəcəyi vurğulanıb.

Qeyd edək ki, Sərdar Berdıməhəmmədov 2022-ci ildə prezident seçilib və o, bu postda atası Qurbanqulu Berdiməhəmmədovu əvəz edib.