BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika hökumətini ağdərili fermerlərə qarşı soyqırımı törətməkdə ittiham edib, bu səbəbdən Vaşinqton Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşımında bidirib.

"Əsas məsələ torpaqların müsadirəsi və soyqırımı olduğu halda çox vacib G20 görüşü üçün Cənubi Afrikaya getməyimizi necə gözləmək olar? G20-də olmaq istədiyimiz yer budurmu? Mən belə düşünmürəm!" - dövlət başçısı yazıb.

O vurğulayıb ki, Cənubi Afrika hakimiyyəti ağdərili fermerləri və onların ailələrini öldürür. Media isə bu barədə danışmaqdan imtina edir. Tramp əlavə edib ki, buna görə də ABŞ Afrika ölkəsinə dəstəyi dayandırıb.