BAKI, 12 aprel. TELEQRAF

"Gürcüstanla Türkiyə Ermənistan və Azərbaycan xalqlarının barışmasında vacib rol oyanaya bilər".

Teleqraf xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, bölgədə yeni əməkdaşlıq imkanları yaranıb:

"Bizim iki seçimimiz var. Birincisi, ya yüzillər gözləyib, əməkdaşlıq qurmayıb dönüşü olmayan yola girə bilərik, ya da pillə-pillə razılıqlara gəlib yeni səhifələr aça bilərik. Məsələn, enerji, turizm sektorundan başlamaq olar. Mən əməkdaşlıqdan tərəfdaram. Bundan başqa, 45 kilometrlik bir ərazi (Mehri) var, oranın üzərindən (Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında) əlaqəni təmin edə bilərik".