
BAKI, 12 aprel. TELEQRAF
"ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.
"İstəyirəm ki, onların nüvə silahı olmasın. Mən İranın gözəl, böyük, xoşbəxt ölkə olmasını istəyirəm, lakin onların nüvə silahı ola bilməz və biz şənbə günü onlarla məsləhətləşəcəyik. Bizim onlarla böyük bir görüşümüz var, Mən İranın çiçəklənməsini istəyirəm, lakin onların nüvə silahı ola bilməz", - Tramp vurğulayıb.
Xatırladaq ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək və orada İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması parametrlərini müzakirə etməyi planlaşdırırlar. Ağ Evin məlumatına görə, danışıqlar bilavasitə, Tehranın fikrincə isə bilvasitə aparılacaq.