BAKI, 12 aprel. TELEQRAF

ABŞ ordusu Hind-Sakit okean regionunda hava hücumundan müdafiə sistemindəki yerdəyişmə ilə bağlı “Patriot” batalyonunu Yaxın Şərqə köçürüb.

Teleqraf xəbər verir ki, bu haqda “Axios” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaxın Şərqdə yeni yerləşdirmə planı çərçivəsində C-17 tipli hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 73 uçuş həyata keçirilib.

“Patriot” hava hücumundan müdafiə sistemlərinin Hind-Sakit Okean regionundan Yaxın Şərqə niyə köçürülməsi ilə bağlı rəsmi açıqlama verilməyib.