BAKI, 12 aprel. TELEQRAF

Ukraynanın müdafiə sənayesi “Patriot” hava hücumundan müdafiə sisteminin analoqu üzərində işləyir.

Teleqraf “Unian.net”ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin jurnalistlərə bildirib.

"Ukrayna ərazisində "Patriot" hava hücumundan müdafiə sistemlərinin analoqu yoxdur, lakin bizim müdafiə sənayemiz müvafiq layihə üzərində işləyirik. "Patriot" şirkəti ilə Ukraynada bu sistemlərin istehsalı ilə bağlı bir sıra danışıqlar aparmışıq. Hazırda belə danışıqlar aparılır, aktiv iş gedir", - deyə Smetanin bildirib.

Qeyd edək ki, Rusiyanın ballistik raketlərini yalnız “Patriot” sistemləri vasitəsilə vurmaq olur.