BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp adi tibbi müayinədən keçmək üçün "Walter Ried" hökumət xəstəxanasında təxminən dörd saat qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəsmiləri məlumat yayıb. .

Məlumata görə, Tramp anesteziyasız bir neçə sınaqdan keçib. Ağ Ev ABŞ prezidentinin səhhəti ilə bağlı həkimlərin nəticələrini daha sonra açıqlayacaq.