BAKI, 12 aprel. TELEQRAF

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü heç vaxt baş tutmayacaq.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşeno deyib.

“Onlar Brüsseldə heç vaxt baş verə bilməyəcək bir şey (Ukraynanın Aİ-yə üzvlüyü – red.) edirlər. Ukrayna hara gedir? Bu, təcrübəsiz adamın bir anlıq həvəsidir. Volodya Zelenski yaxşı insandır, amma təcrübəsizdir. Bunu etiraf etməlidir”, - Lukaşenko bildirib.

Belarus prezidenti hesab edir ki, Ukraynanın üzvlük prosesi onun iqtisadiyyatını çökdürəcək: “Ora qaçmazdan əvvəl düşünün: sizə ora lazımdır, ya yox?”.