BAKI, 12 aprel. TELEQRAF

Rusiyanın Primorsk bölgəsində Lesozavodsk şəhərində güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hadisə anbarlardan birində baş verib. İlkin səbəb kimi anbarda köhnə və nasaz soyuducunun partlaması göstərilir.

Yükdaşıyan işçilər yanıq xəsarətləri ilə şəhər xəstəxanasına yerləşdiriliblər.