BAKI, 12 aprel. TELEQRAF

Çin vətəndaşlarının Ukraynada döyüşməsi ilə bağlı deyilənlər tamamilə yalandır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Açıq şəkildə bəyan edirəm ki, bu, tamamilə yalandır. Çin Ukraynadakı münaqişənin nizamlanması məsələsində olduqca balanslı, düşünülmüş və ölçü-biçili mövqe tutur. Biz dostlarımıza bu mövqeyə görə minnətdarıq”,- o qeyd edib.

Xatırladaq ki, aprelin 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun sıralarında döyüşən iki Çin vətəndaşının Donetsk vilayətində əsir götürüldüyünü açıqlayıb. Həmçinin o, Çini Şimali Koreya və İrandan sonra Rusiyanı müharibədə açıq şəkildə yardım etməkdə ittiham edib.

Rəsmi Pekin Zelenskinin bəyanatını “məsuliyyətsizlik” adlandıraraq rədd edib.