BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Çinə yeni tariflər tətbiq etməsi ilə iki ölkə arasında ticarət müharibəsi daha da dərinləşib. Trampın addımları tərəflər arasında iqtisadi-siyasi rəqabəti yenidən qızışdırıb.

Teleqraf “Haber7”yə istinadla xəbər verir ki, ABŞ illərdir dünya iqtisadiyyatının lideri olduğu halda, Çin sürətlə artan iqtisadi gücü ilə diqqət çəkir.

Hər iki ölkənin özünəməxsus üstünlükləri və problemləri var ki, bu da nüfuz savaşının mürəkkəbliyini artırır.

Hansı ölkənin daha güclü olması məsələsi bir çox amillərin nəzərə alınmasını tələb edir və bu rəqabətin nəticələri gələcək qlobal güc balansını formalaşdıra bilər.

Ən güclü ordu

ABŞ: birinci

Çin: üçüncü

Əhali sayı

ABŞ: 341,9 milyon

Çin: 1,4 milyard

Müdafiə büdcəsi

ABŞ: 895 milyard dollar

Çin: 267 milyard dollar

Döyüş təyyarəsi

ABŞ: 13 210

Çin: 3 304

Hərbi nəqliyyat təyyarəsi

ABŞ: 957

Çin: 289

Hücum helikopteri

ABŞ: 1002

Çin: 281

Ümumi helikopter sayı

ABŞ: 5843

Çin: 913

Təyyarədaşıyan gəmi

ABŞ: 11

Çin: 3

Sualtı gəmi

ABŞ: 70

Çin: 61

Ağır top

ABŞ: 1267

Çin: 1434

Dəniz donanması

ABŞ: 440

Çin: 754

Çoxlüləli raket sistemi

ABŞ: 694

Çin: 3 180

Tank

ABŞ: 4 640

Çin: 6 800

Ballistik raket

ABŞ: 1300

Çin: 424

Nüvə silahı

ABŞ: 5044

Çin: 500

Ehtiyatda olan əsgər

ABŞ: 799 500

Çin: 510 00

Aktiv canlı qüvvə

ABŞ: 1,3 milyon

Çin: 2.03 milyon

Paramilitar qüvvə

ABŞ: 0

Çin: 625 000

Zirehli texnika

ABŞ: 391,963

Çin: 144,017

Freqat

ABŞ: 0

Çin: 47

Xarici borc

ABŞ: 34 trilyon dollar

Çin: 1,2 trilyon dollar

Neft ehtiyatı

ABŞ: 20 milyon barel

Çin: 4,9 milyon barel

ABŞ-nin təbii sərvətləri

Mis, qızıl, təbii qaz, taxta, kömür, neft və sair.

Çinin təbii sərvətləri

Kömür, nadir torpaq elementləri (əsasən torium), taxta və sair.