
BAKI, 12 aprel. TELEQRAF
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun təyyarəsi Omana eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" agentliyi "Flightradar" təyyarə izləmə xidmətinin məlumatları əsasında yayıb.
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff bugün, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək. Orada İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması parametrlərini müzakirə etməyi planlaşdırırlar.
Stiven Uitkoff aprelin 11-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Görüş dörd saatdan çox davam edib.