BAKI, 12 aprel. TELEQRAF

Bu gecə Rusiya ərazisində Ukraynanın 36 PUA-sı məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 18 PUA Kursk, 13 PUA Rostov, 2 PUA Orlov və Belqorod vilayətləri, 1 PUA isə Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.