BAKI, 30 mart. TELEQRAF

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sabiq sədri Əkrəm İmamoğlunun polisə təhvil vermədiyi telefonu olub.

Teleqraf haber7.com saytına istinadən xəbər verir ki, İBB-nin keçmiş rəhbərinin gizli işlətdiyi telefonuna baxış keçirilib.

Ə.İmamoğlunun həmin telefonla birgə həbs edildiyi şəxslərlə sıx ünsiyyətdə olduğu müəyyən edilib.