BAKI, 31 mart. TELEQRAF

Sakit okeanın cənubundakı Tonqa Krallığının sahillərində zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Milli Fəlakət Risklərinin İdarə Edilməsi və Meteorologiya Xidməti (NDRMO) xəbər yayıb.

“7,2 bal gücündə zəlzələdən sonra verilən sunami xəbərdarlığı ləğv edilib”, - ekspertlər bildirib.

Vətəndaşların sahilyanı ərazilərə qayıtmasına icazə verilib. Zəlzələdən sonra dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

***

19:39

ABŞ Geoloji Xidməti (USGS) Tonqada 7,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, zəlzələnin episentrinin Panqay bölgəsindən təxminən 90 kilometr cənub-şərqdə olduğu bildirilir. 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.