BAKI, 30 mart. TELEQRAF

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov anım mərasimlərində Qırmızı Ordunun adını çəkməyən BMT-nin baş katibi Antonio Quterreşin davranışından xüsusilə narahat olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Rusiya doplomatı bu barədə fikirlərini bölüşüb.

O deyib: "BMT baş katibinin davranışı məni xüsusilə narahat edir. Ona görə yox ki, o, ideala yaxın insandır, ona görə ki, BMT-nin Baş katibidir. O, Portuqaliya vətəndaşıdır, ömrünün yarısını beynəlxalq təşkilatlarda çalışıb və BMT Baş katibinin Nizamnamənin 100-cü maddəsinə uyğun olaraq nə demək olduğunu başa düşməlidir. Orada deyilir: hökumətin heç bir göstərişini qəbul etməyin, bircə məqsədə - BMT Nizamnaməsinə riayət edin".

Lavrov əlavə edib: "Osvensim-Birkenau şəhərinin azad edilməsinin 80 illiyinə həsr olunmuş mərasimdə çıxış edən Quterreş bir dəfə də olsun Qırmızı Ordunun adını çəkmədi, baxmayaraq ki, həmin qurbanların anım günü Qırmızı Ordu əsgərlərinin şücaəti nəticəsində qeyd olunur. Bu, kədərli tendensiyadır".