BAKI, 29 mart. TELEQRAF

Avstriyanın keçmiş Xarici işlər naziri Karin Knaysl Hitlerin bu ölkədə doğulmasının təsadüfi olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, SPAS telekanalına açıqlamasında belə deyib.

K.Knaysl bildirib: "Mən həmişə Avstriya cəmiyyətini hamımızın faşist, nasist olduğumuz barədə hücumlardan müdafiə etmişəm. Buna həmişə müqavimət göstərmişəm. Amma insanların mənə necə xəyanət etdiyini, məni necə qınadıqlarını görəndə çox şeyi anladım".

O, həmçinin avstriyalılar arasında baş verən dəyişikliklərə işarə edərək, onları "məntiqsiz" adlandırıb və söyləyib: “Sonra mən başa düşdüm ki, Hitlerin avstriyalı olması heç də təsadüfi deyil".

Karin Knaysl hazırda Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində Q.O.R.K.İ. mərkəzinin rəhbəridir. O, rusiyapərəst mövqeyinə görə Avstriyadakı işindən qovulub və Rusiyaya mühacirət edib.