
BAKI, 31 mart. TELEQRAF
“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Audiovizual Şura bildirib.
Məlumat verilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və açıqlama veriləcək.
Qeyd edilib ki, kanalın "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad efirdə "Oğluma atasız qız almaram" demiş və onun bu sözləri güclü ictimai qınağa və etiraza səbəb olmuşdur. Aparıcı daha sonra video çəkərək üzr istəmişdi.