BAKI, 29 mart. TELEQRAF

Avstraliyanın məşhur aviaşousu zamanı bədbəxt hadisə baş verib.

Teleqraf ABC telekanalına istinadən xəbər verir ki, "Avalon" beynəlxalq şou zamanı yüngül təyyarə qəzaya uğrayıb.

"Pitts Special" yüngül təyyarəsi "ilgək" manevrini yerinə yetirərkən 50 yaşlı pilot idarəetməni itirib.

Nəticədə təyyarə uçuş-enmə zolağına çırpılıb.

Pilotun vəziyyəti ağırdır.