BAKI, 28 mart. TELEQRAF

Türkiyədə isveçli jurnalist həbs olunub.
Teleqraf “Anadolu” agentiliyinə istinadən xəbər verir ki, yerli prokurorluğunun apardığı istintaq çərçivəsində İstanbulda Kaj Joakim Medin saxlanılıb.
Məlumata görə, skandinaviyalı “prezidenti təhqir etmək” və “silahlı terror təşkilatına üzv olmaq” ittihamları ilə tutulub.
Saxlanılan şəxsin İsveçin “Ete” qəzetinin müxbiri olduğu bəlli olub. Medinin Stokholmda Türkiyə Prezidentinə qarşı təşkil olunan etiraz aksiyasını sosial şəbəkələrdə və mətbuatda yaydığı bildirilir.