
BAKI, 28 mart. TELEQRAF
Rusiyalı müğənni Filipp Kirkorov Moldova məhkəməsinə şikayət edib.
Teleqraf xəbər verir ki, bu barədə "Moldova Radiosu" məlumat yayıb.
Məlumatda bildirilir ki, rusiyalı müğənni Filipp Kirkorov Sərhəd Polisinin Baş Müfəttişliyi tərəfindən onun Moldovaya girişə qoyulan qadağadan Ali Məhkəməyə şikayət verib.
Xatırladaq ki, yerli hakimiyyət orqanları icazə vermədiyi üçün 2022-ci ilin iyulunda F.Kirkorov Moldovaya daxil ola bilməmişdi. Hadisəni şərh edən sərhəd polisi “müəyyən əcnəbilərin” ölkəyə girişinə qadağa qoyulduğunu bildirmişdi. Ötən il noyabrın 5-də isə Kişinyov Apellyasiya Məhkəməsi Moldova sərhəd polisinin tələbi ilə müğənni Filipp Kirkorovun respublikaya giriş qadağasını qüvvədə saxlamışdı.