BAKI, 28 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Kanadanın yeni Baş naziri Mark Karni bir çox məsələlərdə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, Amerika lideri söhbət barədə "Truth" sosial şəbəkədəki səhifəsində yazıb.

Siyasətçi bildirib: “Biz bir çox məsələlərdə razılığa gəldik və Kanadada keçiriləcək seçkilərdən dərhal sonra həm ABŞ, həm də Kanadaya fayda verəcək siyasət, biznes və digər məsələlər üzərində işləmək üçün dərhal görüşəcəyik”.