
BAKI, 30 mart. TELEQRAF
Ukrayna Rusiya tərəfindən atılan addımlara ABŞ və Avropanın reaksiyasını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Biz tərəfdaşlarımıza Rusiya ordusunun hansı zərbələri endirdiyi və nə üçün hazırlıq apardığı barədə bütün məlumatları təqdim edirik. Biz ABŞ, Avropa və bütün müttəfiqlərimizdən reaksiya gözləyirik", - o qeyd edib.