BAKI, 28 mart. TELEQRAF

"Amerika Birləşmiş Ştatları Çinin mineral xammal idxalından son dərəcə asılıdır, buna görə də Vaşinqton Pekinlə ticarət müharibəsinə başlamamalıdır".

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Mənbə qeyd edib ki, ABŞ 15 kritik mineral üzrə 100%, digər 29 maddə üzrə isə 50%-dən çox Çindən asılıdır.

"Tramp administrasiyasının yeni yataqlara çıxış əldə etmək və onların işlənməsi kursunun həyata keçirilməsi çoxsaylı çətinliklərlə bağlıdır və onilliklər çəkə bilər".

Vurğulanıb ki, Donald Trampın Ağ Evə qayıtmasından sonra Çin və ABŞ arasında ticarət və iqtisadi əlaqələr daha da pisləşib. ABŞ Prezidenti martın 4-dən bütün Çin mallarına əlavə rüsumları 20%-ə qədər artırıb.

Agentlik yazır ki, 2023-cü ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 11,6% azalaraq 664,45 milyard dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 3,7% artaraq 688,28 milyard dollar olub.