BAKI, 28 mart. TELEQRAF

Tailandın paytaxtı Bankokda hazırda 67 nəfər dağıntılar altında qaldığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

12:23

Myanmada 7,9 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələnin təkanları Çin və Tailandda hiss edilib.

Tailandın paytaxtı Bankokda tikilən bir bina çöküb bir nəfərin öldüyü və ən azı 43 nəfər dağıntılar altında qaldığı bildirilir.

Qeyd edək ki, Tailandda müvəqqəti olaraq aeroportlar bağlanıb.