BAKI, 31 mart. TELEQRAF

Mərakeş kralı VI Məhəmməd Ramazan Bayramı münasibətilə 1533 məhbusu əfv edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, terrorizm və ekstremizmdə təqsirli bilinən 31 nəfər də amnistiyaya düşüb.

Qanunla Mərakeş kralı milli və ya dini bayramlarda müxtəlif cinayətlərə görə məhkum olunanları əvf edə bilər.