
BAKI, 28 mart. TELEQRAF
Türkiyədə həbs edilən İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu hesab edir ki, xarici dövlət liderləri onun həbsinə kifayət qədər aktiv reaksiya vermək əvəzinə sükuta dalıblar.
Teleqraf xəbər verir ki, bu barədə o, “The New York Times” qəzetindəki məqaləsində yazıb.
"ABŞ yalnız Türkiyədəki son həbs və etirazlar barədə narahatlıq ifadə edib, Avropa liderləri isə öz mövqelərini ortaya qoya bilməyiblər. Geosiyasi maraqlara görə biz dəyərlərin, xüsusilə də insan haqlarının pozulmasına göz yuma bilmərik. Türkiyədə demokratiyanın qorunması həm xalqın, həm də dünyada demokratiyanın gələcəyini müəyyən edir”, - qeyd edib.
Qeyd edək ki, Əkrəm İmamoğlu martın 19-da həbs edilib. Bundan sonra Türkiyədə etiraz aksiyaları başlayıb, bu aksiyalarda ən azı 1,8 min nəfər saxlanılıb, 260 nəfər isə həbs olunub.