BAKI, 28 mart. TELEQRAF

İsrail ordusu Livan ərazisindən ölkənin şimal bölgələrinə atəş açılmasını qeydə alıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, Livan tərəfdən İsrailin sərhəd bölgələrinə doğru ümumilikdə iki mərmi atılıb. Bir mərmi tutulub, digər mərmi isə Livan ərazisinə düşüb. İsrail ordusu buna cavab olaraq Cənubi Livan ərazisinə zərbələr endirib.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu 2024-cü ilin noyabrından bəri ölkənin şimal bölgələrinə ilk dəfə raket hücumu olduğunu açıqlayıb. Livan ərazisindən atılan azı üç raket hava hücumundan müdafiə sistemləri sayəsində ələ keçirilərək məhv edilib.