BAKI, 28 mart. TELEQRAF

Sankt-Peterburqda məşhur idman şərhçisi Nikolay Ozerovun oğlu saxlanılıb.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı moskvalı kiçik Nikolay Ozerov 2018-ci ilin may ayından federal axtarışda olub.

Məlumata görə, o, 2012-ci ildə Moskva vilayətinin Zaqoryanski qəsəbəsinin rəhbəri olduğu zaman külli miqdarda rüşvət almaqda təqsirləndirilib.

Qeyd edək ki, böyük Ozerov keçmiş SSRİ-nin tanınmış idman şərhçisi olub.