
BAKI, 28 mart. TELEQRAF
Qazaxıstanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.