
BAKI, 28 mart. TELEQRAF
Xərçəng xəstəliyindən müalicə alan İngiltərə kralı III Çarlz xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Onun müalicəsi yan təsirlər yaradıb və bu səbəbdən kralın vəziyyəti ağırlaşıb.
Yaxın vaxtlarda keçirilməsi planlaşdırılan bütün görüşlərin təxirə salındığı iddia edilir.
76 yaşlı monarx bir ildən artıqdır ki, xərçəng xəstəliyindən müalicə alsa da, dövlət vəzifələrini yerinə yetirməkdə davam edir.