BAKI, 28 mart. TELEQRAF

Ukraynada hakimiyyəti konstitusiya və xalq müəyyən edir.

Teleqraf xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi "Reuters" agentliyinə müsahibəsində belə deyib.

“Ukraynada hakimiyyəti onun konstitusiyası və ölkə xalqı müəyyənləşdirir”, - deyə agentlik yazır və bu cavabı Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsindən aldığını izah edir.

***

01.49

Rusiya Prezidenti Vladimir Putin Ukraynada BMT və bir sıra dövlətlərin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqini təklif edib.

Teleqraf xəbər verir ki, Rusiya dövlət başçısı belə bir tədbirin bu ölkədə prezident seçkilərinin keçirilməsi üçün zəruri olduğunu bildirib.

Putin Murmanska səfəri zamanı bu məsələni qaldırıb.

Prezident qeyd edib ki, hazırda Ukraynada kimin münaqişənin həlli üçün ciddi sazişlər imzalamağa qadir olduğu Rusiyaya aydın deyil.

"Sabah başqa liderlər gələcək" deyən siyasətçi Rusiyanın hələ 2022-ci ildə bütün məsələlərin sülh yolu ilə həllini təklif etdiyini xatırladıb.