
BAKI, 28 mart. TELEQRAF
Əcnəbi hərbi kontingentlər Ukraynanın əsas strateji nöqtələrində yerləşdirilə bilər.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron təklif edib.
Onun sözlərinə görə, Kiyev hakimiyyəti bu yerlərin siyahısını müəyyən etməlidir.
Eyni zamanda, Fransa lideri Ukrayna ərazisinə sülhməramlıların yerləşdirilməsi məsələsində birliyin olmamasından şikayətlənib:
"Bu, bir neçə dövlətin silahlı qüvvələri olacaq, çünki bu məsələdə aramızda birlik yoxdur".
Eyni zamanda Makron bəyan edib ki, Vaşinqtondan dəstək olmasa belə, Avropa Ukraynaya qoşun yeritməyə hazırdır.