BAKI, 27 mart. TELEQRAF

Sankt-Peterburqda koronavirus pandemiyasının qurbanlarının xatirəsinə abidə ucaldılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Krasnoqvardeyski rayon administrasiyasının rəhbəri Andrey Xort öz "Telegram" kanalında məlumat yayıb.

Donmuş əbədi məşəldən ibarət heykəlin müəllifi Vladimir Brodarski onu tuncdan hazırlayacaq. Postament üzərində qranitdən işlənmiş meridianlar və paralellər olan qlobus formasında düşünülüb. Memorialın hündürlüyü dörd metrə çatacaq.

Konsepsiya tibb mütəxəssislərinin təsdiqini gözləyir. Müzakirələr aprel ayına planlaşdırılıb.