
BAKI, 27 mart. TELEQRAF
Ermənistanda seçki öncəsi həbslər baş verib.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, Gümrü şəhərində seçki zamanı rüşvət vermək və almaq, həmçinin seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanı pozmaq ittihamı ilə 8 nəfər saxlanılıb.
Məlumata görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İlkin araşdırma zamanı Gümrü Şəhər Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülən iki partiyanın ofisində və bir sıra şəxslərin mənzillərində axtarışlar aparılıb.
Nəticədə proses üçün əhəmiyyət kəsb edən sənədlər, o cümlədən vətəndaşların pasport məlumatları olan siyahılar və əlyazma qeydləri aşkar edilib.
Saxlanılanlardan 3 nəfəri qeyd olunan cinayət əməlləri ilə bağlı etirafedici ifadələr veriblər.