BAKI, 27 mart. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko 26-sı azyaşlı olmaqla 311 nəfərin Belarus vətəndaşlığına qəbul olunması ilə bağlı fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Ukraynadan olanlarla yanaşı, Azərbaycan, Ermənistan, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Moldova, Rusiya, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandan gələnlər Belarus vətəndaşı olublar”, - deyə məlumatda bildirilir.

Eyni zamanda, prezident respublika qanunlarını dəfələrlə pozmuş bir sıra şəxslərin vətəndaşlıq almaq üçün müraciətlərinin rədd edilməsi barədə qərar qəbul edib.