BAKI, 27 mart. TELEQRAF

Son bir həftədə İraqın şimalı və Suriyada aparılan əməliyyatlar çərçivəsində 14 terrorçu zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü, kontr-admiral Zəki Aktürk həftəlik mətbuat konfransında bildirib.

O deyib ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizəni fasiləsiz şəkildə davam etdirir.

"Terror təşkilatının rəhbərliyi öz üzvlərini tərk edərək, onları ölümə buraxır. Son günlər daha çox PKK üzvü təslim olmağa başlayıb. Ötən həftə daha 3 PKK terrorçusu könüllü şəkildə silahı yerə qoyub. Türk ordusu terrorçulara məxsus bir çox silah və sursatı müsadirə edib. Xüsusilə Şimali İraqdakı əməliyyat bölgəsində genişmiqyaslı tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.