BAKI, 25 mart. TELEQRAF

Suriya ərazisində internetin verilməsi dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq internet monitorinq xidməti "NetBlocks" "X" sosial şəbəkəsində məlumat yayıb.

"Canlı şəbəkə məlumatları Suriyada internetin bağlandığını göstərir", - monitorinq xidməti bildirib.

"NetBlocks" həmçinin qeyd edib ki, Suriyanın bir neçə şəhərinə elektrik enerjisinin verilişi də dayandırılıb.