
BAKI, 24 mart. TELEQRAF
Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ nümayəndə heyətinin Qrenlandiya səfəri ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, bu barədə yerli "DR" agentliyi məlumat yayıb.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ vitse-prezidenti Ceyms Devid Vansın həyat yoldaşı Uşa Vensin də daxil olduğu nümayəndə heyətinin Qrenlandiyaya planlaşdırılan səfərini hörmətsizlik adlandırıb.
Rasmussen ABŞ-ın adaya diplomatik müdaxiləsinin strateji olduğunu deyib.
"Bunlar təsadüfi turistlər deyil. Danimarka ABŞ-nin Qrenlandiyada keçirilən son seçkilərdən sonra adanın siyasi mövqeyinə təsir etmək cəhdinə müqavimət göstərəcək. Biz ABŞ-nin güclü NATO müttəfiqiyik, lakin bir böyük müttəfiqin digərinin suverenliyinə meydan oxuduğu bir vəziyyət ola bilməz” - Rasmussen bildirib.
Qeyd edək ki, ABŞ-ni vitse-prezidenti J.D. Vensin həyat yoldaşı Uşa Vens, energetika naziri Kris Rayt və milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın daxil olduğu nümayəndə heyəti 27-29 mart tarixlərində Qrenlandiyada səfərdə olacaq.