
BAKI, 22 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında görüş yaxın bir neçə ay ərzində baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff müsahibəsində danışıb.
“Donald Trampın birinci prezidentlik dövründə Vladimir Putinlə əla münasibətləri olub. Ona görə də düşünürəm ki, Vladimir Putin prezidentin indi Rusiyaya gəlməsinin çətin olacağını başa düşür”, - xüsusi nümayəndə bildirib.
Uitkoff əlavə edib ki, əgər Putin Trampla görüşsə, bu, son dərəcə nəzakətli olardı.