BAKI, 22 sentyabr. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Oryol vilayətinin Tsımbulovo yaşayış məntəqəsi ətrafında hücum PUA-larının saxlanması, hazırlanması və buraxılış məntəqəsinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Hücum zamanı ən azı üç PUA saxlama anbarı, bir PUA buraxılış meydançası və beş buraxılış qurğusu zədələnib. Ərazidə yanğın qeydə alınıb.