BAKI, 22 sentyabr. TELEQRAF

Qırğızıstan Baş naziri Adalbek Kasımalıyev Çinin Xançjou şəhərinə işgüzar səfər edəcək.

Teleqraf xəbər verir ki, hökumət başçısı səfər çərçivəsində Çin Baş naziri Li Çian, bir sıra şirkət və təşkilatların rəhbərləri ilə görüşəcək.

Bundan əlavə, Adılbek Kasımalıyev V Qlobal Rəqəmsal Ticarət Sərgisini ziyarət edəcək.