BAKI, 22 mart. TELEQRAF

ABŞ-nin texniki qrupu Rusiya rəsmiləri ilə planlaşdırılan görüşdən bir gün əvvəl, martın 23-də Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News"un jurnalisti Cennifer Yakobs mənbələrə istinadən məlumat verib.

O vurğulayıb ki, Rusiya tərəfi ilə Ər-Riyadda irəliləyiş əldə olunarsa, ABŞ-ın texniki qrupu bazar ertəsi günü Ukrayna komandası ilə yenidən görüşə bilər.