
BAKI, 21 mart. TELEQRAF
Ukrayna müdafiə naziri Rustem Umerov Ukrayna və ABŞ arasında martın 24-də Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda iştirak edəcək.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çexiyalı həmkarı Petr Pavellə keçirdiyi brifinqdə deyib.
"Komanda kifayət qədər yüksək səviyyədə olacaq, bunlar texniki cəhətdən peşəkar insanlardır, ayrıca müdafiə naziri də orda olacaq. Düşünürəm ki, biz çox sürətli və çox konkret olacağıq", - Ukrayna lideri bildirib.